Türkiyədə FETÖ təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı saxlanılan hərbi qulluqçular barəsində məhkəmə hökm çıxarıb.

Unikal.org xəbər verir ki, məhkəmənin qərarı ilə tutulan 87 əsgərdən 63-ü həbs edilib. Bundan başqa, 2 nəfər ev dustaqlığına, 12 şübhəli isə azadlığa buraxılıb.

Hazırda cinayət işində adı çəkilən 16 nəfərin isə axtarışları davam edir.