Tacikistanda avtomobil qəzası nəticəsində Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Mobil Dəstəsinin dörd zabiti həlak olub.

Unikal.org xəbər verir ki, hadisə Düşənbənin 120 kilometrliyindəki Xalburk şəhərində Xüsusi Təyinatlı Mobil Dəstənin dörd üzvü olan minik maşınının yük avtomobili ilə toqquşması nəticəsində baş verib. Zabitlərin üçü 20-22 yaşlarındadır.

Qəza ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.