UNEC-də "Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda Respublika elmi konfransı keçirilmişdir. Ümummilli Lider Heydər Əliyevin büstünün ziyarəti ilə başlamış tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, AMEA-nın həqiqi üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, "İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiri, akademik Əli Abbasov və Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov məruzəçi qismində iştirak ediblər.

Unikal.org xəbər verir ki, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ətrafında maraqlı məruzələrin yer aldığı tədbiri giriş sözü ilə UNEC rektoru, professor Ədalət Muradov açmışdır. Ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş iqtisadi siyasətın perspetiv inkişaf inkişaf istiqamətlərinə və qarşıda duran hədəflərə toxunub. "Ulu öndər Heydər Əliyed tərəfindən müəyyənləşdirilmiş və zamanın tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən zənginləşdirilən Azərbaycanın iqtisadi siyasətinin uğurları diqqətə layiqdir. Məhz bu siyasət nəticəsində ölkəmiz ÜDM-nin artım tempinə görə, dünyanın aparıcı ölkələri sırasına daxil olub.

Lakin 2014-cü ildə dünya bazarında xam neftin qiymətinin düşməsi həmin dövrə kimi öz rolunu oynayan amillərin əhəmiyyətini azaltmışdır. Nəticədə dövlət başçısı tərəfindən post-neft dövrü üçün yeni milli inkişaf strategiyası hazırlandı və 2016-cı ilin mart ayında qəbul edildi. Strategiyada müəyyənləşdirilmiş hədəflər barədə danışan rektor, bu mənada UNEC-in qarşında duran əsas vəzifənin keyfiyyətli, yəni dəyər yarada biləcək mütəxəssislərin hazırlaması olduğunu bildirdi. "Təhlillər göstərir ki, UNEC tələbələrinin işə düzəlmə göstəriciləri getdikcə yüksəlir. Dövlət qulluğuna keçirilmiş müsabiqələrdən keçid faizinə görə, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları ikinci yeri tutur. UNEC-i bitirmiş və dövlət qulluğu üçün imtahan vermiş şəxslərin 46 faizindən çoxu uğurlu nəticələr göstəriblər. "Biz bu göstəricilərin daha da yaxşılaşdırılması uğrunda əzmlə çalışırıq.

UNEC-in qarşısında duran digər hədəf dövrün tələbələrinə uyğun tədqiqatlar aparan aparıcı universitetə çevrilməkdir. Bu məqsədə nail olmaq üçün biz davamlı çalışırıq. "Son illər "Scopus və "Web of Science kimi platformalarda bizim araşdırmaçı-alimlərimizin məqalələrinin sayı dəfələrlə artıb. Son üç ildə bizim "Web of Science platformasında ümumilikdə 8 məqaləmiz dərc edilmişdi. Bu ilin sonuna UNEC alimlərinin adı çəkilən platformada 40-dan çox məqaləsinin dərc ediləcəyi nəzərdə tutlub.

Akademik Ziyad Səmədzadə çıxışında Ümumilli liderin Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra əsasını qoyduğu istisadi islahatlar, "Əsrin Müqaviləsinin imzalanması, ölkənin beynəlxalq layihələrə qoşulması, torpaq islahataları, müxtəlif sahələrdə quruculuq işləri və Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurlu davam etdirilməsi məsələləri ətrafında fikirləri ilə bölüşüb.

Növbəti məruzəçi "İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiri, akademik Əli Abbasov müasir dövrdə iqtisadi kateqoriyaların virtuasllaşması, virtual iqtisadiyyat, virtual məhsul kimi yeni anlayışlar barədə danışaraq, bu sahədə ölkənin böyük potensiala sahib olduğunu bildirdi.

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov məruzəsində "Strateji yol xəritəsi kontekstində «Elm, təhsil və biznes formatlı universitetlər: müasir çağırışlar fonunda yeni trendlər kimi mövzulara toxundu. Məruzəçi bildirdi ki, tədqiqat universiteti - elmi fəaliyyətlə tədris prosesinin real inteqrasiyası əsasında elm və təhsil fəaliyyətini eyni dərəcədə səmərəli həyata keçirən, qabaqcıl elmi tədqiqatlar aparan, keyfiyyətli elm və tədris mühitini təmin edən, yüksək elmi və elmi-pedaqoji kadr potensialına malik olan ali təhsil müəssisəsi və ya elm-təhsil mərkəzidir. Müasir dünyada tədqiqat universiteti tədris və elmi tədqiqat fəaliyyətinin inteqrasiyasını təmin edir, tədqiqat mədəniyyəti formalaşdırır və inkişaf etdirir, elmi tədqiqat işlərinin keyfiyyətini yüksəldir, milli elmi tədqiqat sahəsində əldə edilən uğurları beynəlxalq ictimaiyyətə tanıdır və digər vəzifələri həyata keçirir. "Tədqiqat universiteti yeni biliklərin əldə edilməsinə fokuslaşır, tədqiqat nəticələrini kommersiyalaşdırır, iri araşdırma mərkəzlərinin fəaliyyətini təmin edir və digər fəaliyyətlər həyata keçirir.

Çıxışında bir sıra əhəmiyyətli məqamlara toxunan Z.Məmmədov bildirdi ki, dünya təcrübəsində tədqiqat universitetləri fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanı formalaşdırır və effektiv istifadəsini təmin edir.

Sonda yekun çıxışında UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanın milli inkişaf strategiyasına həsr edilmiş xüsusiləşdirilmiş nəşrin hazırlanması barədə göstəriş verərək Azərbaycan Dövlət İqtisad Universitetinin bu iqtiqamətdə ciddi töhfələr verə bilmə potensialına sahib olduğunu bildirdi.

Tədbir panel müzakirələri formatında davam edib.