"Ermənistanda cinayətkarlığın kəskin artmasını açıq aydın görmək üçün cinayət hüququ üzrə mütəxəssis olmaq vacib deyil.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Milli Məclisinin vitse-spikeri Arpine Ovannisyan bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin yanvar-avqust dövrü ərzində 14205 cinayət fakti qeydə alınıb.

Məlumata görə, ötən ilin eyni dövründə bu göstərici 12484, 2016-cı ilin eyni dövründə isə 12294 olub.