Bakıda obyektdə yanğın baş verib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, "Azərbaycan kinoteatrı yaxınlığındakı "Tərxun restoranında olub. Yanğın restoranın ikinci mərtəbəsində qeydə alınıb.

Birinci çağırışla hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, alovun yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Restoranın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin səbəbləri araşdırılır.