"Nike şirkəti "Barselona ilə əməkdaşlığının 20-ci ilinə həsr olunmuş yeni forma hazırlayıb.

Unikal.org xəbər verir ki, "Nike 1998-ci ildən bu günə qədər "Barselonanın ev oyunları üçün hazırladığı formalardan bəhrələnərək, əməkdaşlığın 20 illiyinə həsr olunmuş, yeni formaları təqdim edib.

Formalar 21 noyabrdan etibarən satışa çıxarılacaq. 

Bu formalar sadəcə, azarkeşlər üçün nəzərdə tutulub.