Türkiyəli müğənni Ferman Toprakın silahlı hücuma məruz qalıb. Belə ki, müğənninin avtomobili güllələnib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni baş verənlərlə bağlı dostlarından şübhələndiyini bildirib. 

Məlumata görə, sənətçinin avtomobilini keçmiş meneceri İsmet Günbeyi tərəfində atəşə tutulub. İfaçı artıq bununla bağlı polisə şikayət edib.

Hadisə müğənninin gecə klublarından birində səhnə aldığı zaman ba verib.