Bu gün UEFA Millətlər Liqasında 5-ci turun son oyunları keçirilib.

Unikal.org xəbər verir ki, D Liqasının 3-cü qrupunda mübarizə aparan Azərbaycan millisi növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda son ev oyununda Farer adaları ilə qarşılaşıb. Səfərdə rəqibinə 3 cavabsız qolla qalib gələn Azərbaycan millisi evdə də qələbə üçün mübarizə aparıb. Qrupda son oyununu Kosovo millisi ilə səfərdə keçirəcək Azərbaycan yığmasına mütləq qələbə lazım idi. .

Bakı Olimpiya Stadionunda keçirilən görüşdə komandamız bu vəzifənin öhdəsindən gələ bilib və inamlı qələbəyə sevinib.

Qrupun digər görüşündə Malta Kosovo ilə üz-üzə gəlib və darmadağına sevinməklə liderliyini qoruyub.

UEFA Millətlər Liqası, 5-ci tur

17 noyabr

D Liqası, 3-cü qrup

Azərbaycan - Farer adaları 2:0

Qol: Dmitri Nazarov, 18. Mahir Mədətov, 28.