Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qaradağ rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərinin "Ölkəmizi tanıyaq devizi ilə maarifləndirici tur-aksiyalarının növbəti mərhələsi təşkil olunmuşdur. Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkÓ™mizin tarixini dÓ™rindÓ™n öyrÓ™nmÓ™klÓ™ bərabər, gÓ™nclÓ™rimizÓ™ Ümummilli Lider HeydÓ™r Ó˜liyevin rÓ™hbÓ™rliyi ilÓ™ milli dövlÓ™t quruculuğu sahÓ™sindÓ™ görülmüş işlÓ™rlÓ™, AzÓ™rbaycan Respublikasının Prezidenti cənab İlham Ó˜liyevin hÓ™yata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hÓ™r bir şÓ™hÓ™r vÓ™ rayonun nümunÓ™sindÓ™ tanış olmaq imkanı yaradır. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur-aksiyaların əhəmiyyəti çox böyükdür. Sayca 10-cu tur-aksiya çərçivəsində Qaradağ rayonundan olan 40 nəfər məktəblinin növbəti dəfə səfəri təşkil olunmuşdur.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 18-21 noyabr 2018-ci il tarixlərində "Ölkəmizi tanıyaq devizi ilə keçirilən bu tur-aksiyada Qaradağ rayon məktəbliləri Lənkəran-Masallı-Astara şəhərlərinə səfər edəcəklər.

Noyabr ayının 18-də Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində tur -aksiyada iştirak edəcək Qaradağ rayon məktəblilərinin yola salınması ilə bağlı görüş keçirildi. Əvvəlcə iştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə tər güllər düzüb, dahi rəhbərə hörmət və ehtiramlarını bildirdilər.

Görüşdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması, "Əsrin müqaviləsi adını almış neft kontraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunmasından, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışmışdır. Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsndə, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır.

YAP Qaradağ Rayon Təşkilatının sədri, millət vəkili Aydın Hüseynov gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır. Əvvəlki illərdə iştirak edən şagirdlərin zəngin və xoş təəssüratlarla döndüklərini qeyd edən natiq bu səfərin də çox uğurlu və faydalı olacağına əmin olduğunu vurğuladı.


Görüşdə çıxış edən valideynlər və müəllimlər məktəblilərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Sonra rayonun Lökbatan qəsəbəsindəki musiqi məktəbinin kollektivlərinin hazırladıqları musiqi proqramı təqdim olundu.

Rayon İcra Hakimiyyəti tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri müşayiət edəcək müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər üçün xüsusi geyimlər müəyyən olunmuşdur.

Tur-aksiya zamanı məktəblilərin Lənkəran şəhərində - Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, Gənclər Mərkəzinə, "Qoşa Qala qapılarına, Həzi Aslanovun ev muzeyinə, Dairəvi qalaya, Mayak binasına baxış, Masallı şəhərində - Heydər Əliyev Mərkəzinə, Tarix-diyarşünaslıq Heydər Əliyev parkı, Uşaq İncəsənət məktəbi, Bayraq Meydanı və Dövlət Rəmzləri muzeyi, Olimpiya İdman Kompleksi, ASAN həyat kompleksi, Viləşçay su anbarı, Astara şəhərində - Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə baxış, Bulvara, "Yanar Bulağekskursiya, Astara çay fabriki ilə tanışlıq və digər tarixi yerlərə də səfərləri təşkil olunacaqdır.

Mərasim başa çatdıqdan sonra şagirdlərə xatirə hədiyyələri təqdim olundu və Lənkəran-Masallı-Astara şəhərlərinə səfər etmək üçün xüsusi ayrılmış avtobuslarla yola salındılar.