Hindistanın şimalında sərnişin avtobusu dərəyə aşıb.

Unikal.org xəbər verir ki, avtobusun dərəyə aşması nəticəsində azı 14 nəfər həlak olub, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə Uttarkhand ştatında baş verib. Avtobusun sürücüsü çətin dağlıq yolda idarəetməni itirib və avtobus 150 metr dərinliyi olan dərəyə aşıb.

Hazırda xilasedicilər yerli sakinlərin dəstəyi ilə ölən və xəsarət alanların təxliyəsini həyata keçirir. Xilasetmə əməliyyatına helikopter cəlb edilib.