Əfqanıstanın Vardak əyalətində raket toy şənliyi keçirilən evə düşüb.

Unikal.org xəbər verir ki, raketin evə düşməsi nəticəsində 3 nəfər həlak olub, 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bundan əlavə, Loqar əyalətində 2 məmurun olduöu avtomobil minaya düşüb. Məmurlar partlayış nəticəsində həlak olublar.