Dünən günorta saatlarında Xəzər rayonu, Şüvəlan qəsəbəsində Şərifov Vüqar Bəxtiyar oğlu qəsəbə sakini Babayev Cabir Yaşar oğlunu güllələyərək öldürüb.

Unikal.org Xezexeber.az-a istinadən xəbər verir ki, o, polisə könüllü şəkildə təslim olub.

Məlumata görə, qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoşlarından olub və "Cabir-012 adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman güllə Cabirə tuş gəlib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.