İran İslam Respublikasından qayıdan Azərbaycan vətəndaşı Əhmədov Vüsal Əhməd oğlu özünü şübhəli və narahat apardığı üçün Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, onun ayaqqabısının hər iki tayında - tərliyinin altında gömrük nəzarətindən gizlədilmiş, cəmi 2 ədəd bükümdə qablaşdırma ilə birgə, ümumi çəkisi 33 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.