"Ölkəmizi tanıyaq tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər zəhərlənib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, "Ölkəmizi tanıyaq tur-aksiyası çərçivəsində bu gün Şəki şəhərində olan aksiya iştirakçılarından - müəllim, Tovuz rayon sakini, 1964-cü il təvəllüdlü Sahibə Həsən qızı Əliyeva, şagirdlər - Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ələsgər Rac oğlu Əliyev, Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü Emil Vüqar oğlu Alşanov, Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ayxan Nizami qızı Süleymanlı, Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Tabutay Eldəniz oğlu Hüseynli, Ağdaş rayon sakini, 2003-cü il təvəllüdlü Şəlalə Şirin qızı Kərimova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Xəstəxanadan verilən məlumata görə, müayinə zamanı məlum olub ki, tur-aksiyası iştirakçıları bu gün səhər saatlarında Qəbələ rayonunda qaldıqları otellərdən birində səhər yeməyi yedikdən sonra Şəkiyə gəliblər. Biri müəllim olmaqla beş şagirddə qida zəhərlənməsı baş verib. Onlara xəstəxanada lazımi tibbi yardımlar göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğundan nəzarətdə olmaq şərti ilə evə buraxılıblar.