İzmirdə 16 yaşlı M.A. social şəbəkədə tanış olduğu 24 yaşlı Abdulmecid.G-nin onu kirayə tutduğu evə aparıb zorla cinsi əlaqəyə girdiyini və bu görüntüləri internetdə canlı yayın edərək paylaşdığını deyib.

Haqqındakı ittihamları rəd d edən Abdulmecid.G isə qızın öz istəyi ilə münasibət olduqlarını, görüntüləri də onun tələbi ilə yayınladığını deyib. Gəncin dediyinə görə qəzən məqsədi izləmə sayını artırmaq olub.

Məhkəmə işi iki il davam edib. Nəticədə Abdulmecid G. sərbəst buraxılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 2016-cı il dekabr ayında Bornova bölgəsində baş verib. O zaman 16 yaşı olan M.A. təhsil aldığı litseydə sinif rəhbərinə yaxınlaşaraq başına gələnləri danışıb. Abdülmecid G. ilə sosial şəbəkədə tanış olduğunu deyən M.A 3 il ərzində dost kimi görüşdüyünü deyib. O müəlliminə bildirib ki, gəncin narkotik vasitdədn istifadə etdiyini öyrənəndə onunla əlaqəni kəsib. Ancaq onun təhdidləri nəticəsində yenidən oğlanın kirayə qaldığı evdə görüşüblər. Onu qapalı yerə salaraq kəmərlə döydüyünü və zorla cinsi əlaqədə olduğunu deyib.

Bundan sonra müəllimi qızı da özü ilə polis bölməsinə apararaq dediklərini orada da danışmasını istəyib. Müəlliminə danışdıqlarını polis bölməsində ifadə şəkilində verən qız içdiyi meyvə suyunun təsirindən özünü yaxşı hiss etmədiyini ona görə həmin evdə qaldığını qeyd edib.

Polis bölməsinə gətirilən Abdulmecid.G haqqında "yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi istismar, "Ədəbsizlik, "Təzyiq, təhdidlə və ya aldadarq zorla bir məkanda saxlamaq günahları ilə 24 ildən 36 ilə qədər həbs cəzası istənilib.

Lakin M.A. həmin ifadəsini təsdiqləməyib. O, ilkin ifadəsinin əsəbi halda - psixoloji sarsıntının təsiri altında verdiyini bildirib.

Ancaq məhkəmə prosesi zamanə Abdulmecid G.-dən şikayətçi olduğunu yenidən dilə gətirib. M.A bildirib ki, Abdulmecid.G-dən bəzi şeyləri etməsini istədiyini, bəzilərini isə istəmədiyini deib. 

Hakimin nə istəyib, nə istəmədiyini soruşub. Bu zaman qız "sadəcə öpməsini istədim, mənə toxunmasını istəmədim" deyib. 

Ancaq qarşı tərəfin vəkili bu etiraz edərək bildirib ki, M.A şikayətini geri götürüb, məhkəmədə bu ifadələri dilə gətirilməsi qaydalara ziddir. 

Bundan sonra Abdulmecid G.nin günahı tam sübuta yetirilmədiyindən onun yetkinlik yaşına çatmayan qızı zorlaması iddiasını geri çevirib və prokurorluğun istintaqı düzgün aparmamasını bəyan edib.

Qeyd edək ki, canlı yayımda erotik görüntülər "Periscope şəbəkəsində yayılmılışdı.