Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) noyabrın 20-də mənşəyi məlum olmayan, insan orqanizmi üçün zərərli, istehlaka yararsız 2.5 ton heyvan cəmdəyini məhv edib.

Bu barədə Unikal.org-a Agentlikdən məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantılar Poliqonunda keçirilən malların məhvolma prosesində bir sıra media nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, bir müddət öncə AQTA və müvafiq qurumların əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsindəyerləşən satış məntəqələrində mənşəyi məlum olmayan kəskin qoxulu 2.5 ton heyvan cəmdəyi aşkar etmişdi.Məhsuldan götürülən nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlak üçün yararsız olduğu müəyyənləşmişdi.