Dünya bazarında neftin qiyməti bu il martın 9-dan bəri ilk dəfə 64 dollardan aşağı düşüb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bir qədər əvvəl əmtəə birjalarında "Brent markalı "qara qızılın 1 bareli 63,39 dollara bərabər olub.

WTI markalı neftin 1 bareli isə 53,66 dollara qədər ucuzlaşıb.

Bu qiymətlər ötən günün yekunu ilə müqayisədə, təxminən, 5% azdır.