Bakı-Quba yolunun 75-ci kilometrliyində, Xızı rayonu ərazisində "Mercedes"lə "KamAZ"-ın toqquşması 3 nəfərin həyatına son qoyub.

Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, qəzada "Mercedes"in sürücüsü Şamil Əkbər oğlu Ələkbərov və sərnişin Leyla Məhəmməd qızı Mustafazadə hadisə yerində, Leyla Mustafazadənin əri Nicat Məmmədov isə bu gün xəstəxanada ölüb. Onların 3 yaşlı uşağı Yunus isə sağ qalıb.

Faktla bağlı araşdırma başlayıb.