Tovuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Unikal.org-un report-a istinadən məlumatına görə, rayon sakini, 1954-cü il təvəllüdlü Fazil Rzayev idarə etdiyi "Mercedes" markalı avtomobillə Aşağı Quşçu kəndində hərəkətdə olan zaman kənd sakini, 1957-ci il təvəllüdlü Rəhilə Muxtar qızı Namazovanı vuraraq ona ağır xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.