Türkiyənin Zonquldak bölgəsindəki Kilimli rayonunda kömür mədənində partlayış baş verib.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində mədəndəki işçilərdən ikisi xəsarət alıb. 
İlkin məlumata görə, Kilimli rayonunda özəl kömür mədənində partlayış zamanı yaralanan işçilər Evren Cinemre və Adem Alibaş iş yoldaşları tərəfindən yaralı vəziyətdə xilas edilib. 

Hazırda partlayış ərazisində köməksiz vəziyətdə qalan Kenan Çavuş, Hasan Gençtürk ve Uğur Göktaşının xilas edilməsi üçün iş aparılır. 

Əraziyə əlavə xilasedici dəstələr və texnika cəlb olunub.