Moskva-Afina sərnişin təyyarəsi "Şeremetovo aeroportunun uçuş zolağın Ermənistan vətəndaşının cəsədi tapılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisənin yerli vaxtla 20:10-da baş verdiyi bildirilir.

Belə ki, təyyarə havaya qalxdıqdan bir müddət sonra pilot qülləylə əlaqə saxlayaraq naməlum obyekti vurduğunu söyləyib.

Hadisə yerinə gələn şəxslər yerdə insan tikələri görüblər. Araşdırma nəticəsində onun bir müddət əvvəl İspaniyadan deportasiya edilmiş, Ermənistan vətəndaşı olduğu məlum olub.