Türkiyənin Kocaəli vilayətinin Gebze mahalında Şimali Mərmərə yolunda inşa edilən körpü çöküb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, inşa edilən körpünün 7 saylı dayağının çökməsi nəticəsində 5 işçi dağıntılar altında qalıb.

Hazırda dağıntılar altında qalan işçilərin çıxarılması üçün iş aparılır.