Qaradağ Rayon İcra Hakimiyyətində rayonun aztəminatlı əlil sakinləri ilə görüş keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Əlillər gününün ölkəmizdə qeyd olunmasını Ulu Öndər Heydər Əliyevin əlillərə göstərilən yüksək qayğının nəticəsi kimi qiymətləndirib. Beynəlxalq əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi yardım göstərmək olduğunu vurğulayaraq, bu gün əlillər üçün tikilən yaşayış sahələrini, sağlamlıq mərkəzlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinin bariz nümunəsi olduğunu bildirib.

Daha sonra Qaradağ rayon Gözdən Əlillər Cəmiyyətinin sədri Cəlaləddin Bayramov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə əlillər adından minnətdarlığını bildirib.

Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 100 aztəminatlı ailəyə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı verilib.