Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsinin “Kommunikasiya və Karyera” şöbəsi və Bakı Mühəndislik Universitetinin (BMU) “Müəssisələrlə əlaqələr və karyera” departamenti əməkdaşları arasında görüş olub.

Unikal.org xəbər verir ki, gündəmdəki görüş zamanı əsasən tələbə və məzunlar arasında əlaqələrin yaradılması və inkişafı, adıçəkilən universitet məzunlarının sənaye müəssisələrilə işgüzar münasibətlərinin möhkəmləndirilməsi, təyinatı üzrə vaxtaşırı karyera və sərgilərin keçirilməsi və s məsələlər üzrə fikir mübadiləsi aparılıb.

İştirakçılar ikitəfli əməkdaşlığın tələbə-məzunlar üçün səmərəli olacağına inam ifadə ediblər.