"Son yarım əsr dünyada kənd təsərrüfatı sahəsi üçün çox ciddi yeniləşmə dövrü olub".

Unikal.org xəbər verir ki, bunu ölkə prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi Azər Əmiraslanov Bakıda keçirilən aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forumda ("AgTech and Green Energy”) deyib. 

Onun sözlərinə görə, hazırda aqrar sektor daha çox inkişaf etmiş ölkələrdə formalaşıb: "Təsadüfi deyil ki, bu gün dünyada ərzaq məhsullarının əsas ixracatçıları qismində məhz inkişaf etmiş ölkələr çıxış edir". 

"Ötən əsrin 60-70-ci illərində beynəlxalq leksikona "Yaşıl inqilab" anlayışı daxil oldu. Onun əsas komponentləri yeni bitki növlərinin yaradılması, aqrar sektorda mütərəqqi sistemlərdən istifadə, bu sahənin sənayeləşdirilməsi hesab edilir. Qeyd edilən istiqamətlər üzrə Azərbaycanda ciddi addımlar atılsa da, kənd təsərrüfatı ilə bağlı görəcəyimiz işlər hələ çoxdur", - deyə A.Əmiraslanov bildirib.

O həmçinin rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqinin vacibliyini vurğulayıb.