Daxili İşlər naziri Ramil Usubov işdən çıxarılan rəis müavinə vəzifə verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov Yevlax Rayon Pasport və Qeydiyyat şöbəsinə rəis təyin edilib.

Xəbəri Daxili İşlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün öncə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri - şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov tutduqları vəzifədən azad edilmişdi. 


Famil Fərhadoğlu