Bakının bəzi qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması və köhnə xəttin ləğvi ilə əlaqədar dekabrın 10-11-də Hövsan qəsəbəsinə, Qaraçuxur və Əmircan qəsəbələrinin isə bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.