Azərbaycanda vəzifədə olan məhşur idmançılar

Onların arasında komitə sədrinin müavini də, gömrükçü də, deputat da...

Azərbaycanın bir sıra məşhur idmançısı müxtəlif vəzifələri tutur. modern.az vaxtilə idmanla məşğul olub hazırda vəzifədə olan belə idmançılardan bir neçəsini təqdim edib:
Zemfira Meftahəddinova - 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının qızıl, 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı olan Zemfira Meftahəddinova Azərbaycanın atıcılıq üzrə ən mahir idmançılarından olub. Stend atıcılığı ilə məşğul olan Zemfira xanım həm də 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.
Aynur Sofiyeva - Vaxtilə SSRİ-nin ən güclü gənc qadın şahmatçılarından sayılırdı. Jurnalistika və hüquq təhsili alan xanım Sofiyeva 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 20 yaşında tələbələr arasında dünya çempionu, həmin ildə 20 yaşadək qızlar arasında Dünya Çempionatının gümüş medalçısı olub, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında Dünya Şempionatında gümüş medal qazanıb. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının Prezidenti olub.
Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Koçitəsinin sədr müavinidir.
Ülvi Quliyev - İdmanın karate növü üzrə dünya və qitə çempionu olub. Hazırda Azərbaycan Karate do Federasiyaları Assosiasiyasının prezidentidir. Əvvəllər Dövlət Gömrük Komitəsində şöbə rəisi vəzifəsində çalışıb. Əczaçılıq və hüquqşünaslıq ixtisasları üzrə təhsil alıb.
Hazırda Milli Məclisin deputatıdır.
Adil Əliyev - İdmanın kikboksinq növü üzrə idman ustasıdır. Hərbi Dəniz Qüvvələrində zabit, polis orqanlarında isə bir sıra məsul vəzifələrdə çalışıb. 2003-cü ildən polis polkovnik-leytenantıdır. Kikboksinq Federasiyasının prezidenti olan Adil Əliyev həm də bir neçə il bundan əvvəl veteranlar arasında keçirilən kikboksinq yarışının qalibi olub.
Hazırda Milli Məclisin deputatıdır.
Xəzər İsayev - Hazırda Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və gömrük xidməti polkovniki olan Xəzər İsayevi hamı bir zamanların əfsanəvi güləşçisi kimi tanıyırdı. Dəfələrlə SSRİ və dünya kubokunun sahibi olan Xəzər İsayev hazırda həm də MOK-da Ədalətli oyunlar komissiyasının sədridir.
Ağacan Əbiyev - Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor Ağacan Əbiyev də SSRİ vaxtında idman uğurları qazanıb. Uzun müddət Azərbaycan Boks Federasiyasının prezidenti olmaqla yanaşı, Dünya Boks Federasiyasının da çox sayğı göstərdiyi boks bilicilərindən olub.
Hazırda deputatdır.
Zülfiyyə Hüseynova - Doqquzqat dünya çempionu olan xanım Hüseynova həm Bədən Tərbiyəsi və İdman Akademiyasını, həm də Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Olimpiya oyunlarında cüdo üzrə Azərbaycanı təmsil edib. Hərbçilərin Yay Olimpiadasının isə qalibi olub.
Hazırda Bakı şəhər Baş Gömrük İdarəsinin qaçalmalçılıqla mübarizə şöbəsində inspektor vəzifəsində çalışır.
Eduard Məmmədov - Dünya və qitə miqyasında qazandığı mükafatları saydıqca bitməyən kikboksinq ustası Eduard Məmmədov hazırda Azərbaycanda yeganə idmançı-məşqçidir. Tələbələrinin də dəfələrlə dünya çempionu olmasına baxmayaraq, Eduard Məmmədov bu gün də yarışlara döyüşçü kimi qatılır. Üç ali təhsili var. Hazırda polis orqanlarında çalışır. Polis polkovnik-leytenantıdır.
Səməd Qurbanov - "Neftçi" futbol klubunun 1970-80-ci illərdə ən tanınmış oyunçularından olan və meydanda sürətli reydlərinə görə "Jiquli" ləqəbi ilə tanınan Səməd Qurbanov da idmançı karyerasını başa vurandan sonra polis orqanlarında çalışıb. Hazırda "Neftçi"nin Müşahidə Şurasının sədridir.
Namiq Abdullayev - 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının qızıl, 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunları olimpiadasının isə gümüş mükafatçısıdır. Üçqat (1995, 1996 və 2003-cü illərdə) Avropa çempionudur. Dünya birinciliyinin gümüş mükafatçısıdır.
Namiq Abdullayev 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.
O, son 20 ildə yetişən güləşçilərimizin ən məşhurlarından hesab olunur. Azərbaycanın idman tarixinə düşən Namiqin xidmətləri yüksək qiymətləndirilib, o, Azərbaycanın "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunub.
Namiq Abdullayev polis polkovnik-leytenantıdır, hazırda daxili işlər orqanlarında çalışır. Belə ki, DİN DQBİ-nin İdman komandasının rəisi vəzifəsini tutur.
Ceyhun Məmmədov - Sambo üzrə 7 dəfə dünya çempionu, 2003-cü ildən etibarən Azərbaycan Sambo Federsiyasının prezidentidir.
1985-1991-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1992-1997-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, hüquqşünasdır.
İdmandakı nailiyyətlərinə görə 1998-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.
Polis polkovnik-leytenantı rütbəsini daşıyan Ceyhun Məmmədov DİN orqanlarının əməkdaşıdır.
İradə Aşumova - 200-cü ildə Afina Yaya Olimpiya Oyunlarının bürünc mükafatçısı olub. İri çaplı tapançadan atəş açmaq üzrə mahir idmançı müstəqillik illərində olimpiadalara 4 dəfə vəsiqə qazanan yeganə azərbaycanlı olub.
O da daxili iuşlər orqanlarında çalışıb. DİN DQBİ-də mayor rütbəsində qulluq edib.
Mövlud Mirəliyev - Cüdo üzrə Pekin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.
O, həm də sambo üzrə ikiqat Avropa və dünya Çempionudur. Cüdoda isə dünya 3-cüsü olmuş Mövlud Mirəliyev də polis orqanlarında çalışır. O, polis mayoru rütbəsi daşıyır.
Hakim Nəzərəliyev - Sambo üzrə ikiqat dünya çempionu və dünya kubokunun qalibidir. Polis kapitanı Hakim Nəzərəliyev də DİN orqanlarında zabitdir.
Elnur Məmmədli - Cüdo üzrə Pekin Olimpiadasının qaibi olmuş Elnur Məmmədli zədə üzündən idmanı tərk edib. Hazırda daxili işlər orqanlarında çalışır. Kapitan rütbəsində olan Məmməd Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşıdır.
İlkin Həsənoğlu