"Nar abunəçiləri yay ərzində "Yay söhbətləri kampaniyasına qoşularaq, yaxınları ilə balansı düşünmədən limitsiz ünsiyyətdə ola bilərlər.

Artıq hər bir abunəçi 2 sevimli "Nar nömrəsi seçərək, onlarla bütün yay boyunca limitsiz danışmaq fürsəti əldə edir.

"Yay söhbətləri - "Nar abunəçiləri üçün yaradılmış və onların 2 sevimli "Nar nömrə ilə pulsuz və limitsiz ünsiyyətdə olması üçün nəzərdə tutulmuş xüsusi kampaniyadır. Kampaniyadan Azərbaycan ərazisində yaşayan və bu tariflərə qoşulmuş "Nar abunəçiləri yararlana bilərlər: "Unikal, "Saniyə, "3-ü 1-də, "Sənin 3-ün, "Yerlim, "Ölkəm, "0, "Super 0, "Bumeranq.

Qeyd edək ki, kampaniyadan istifadə üçün aylıq ödəniş 2.5 AZN təşkil edir. Seçilmiş nömrənin aktivləşdirilməsi isə 0.40 AZN-dir. İkinci nömrənin qoşulması pulsuzdur. Kampaniyaya qoşulmayan "Nar nömrələr və digər operatorların nömrələri ilə səsli/görüntülü zənglərin bir dəqiqəsinin qiyməti cari tarif əsasında hesablanır.