Azərbaycan millisinin üzvü Pərdis Fərcad-Azadın almaniyalı model Gina-Liza Lohfinklə seks qalmaqalı bir müddətdir müzakirə mövzusudur. 28 yaşlı futbolçunun onu zorladığını deyən Lohfink məhkəməyə müraciət etmişdi. 4 ildi uzanan məhkəmə prosesinin avqustun 8-də yekunlaşacaq.

Qarşı tərəf bu barədə mətbuata açıqlamalar versə də, millimizin üzvü heç bir açıqlama verməmişdi. Unikal.org xəbər verir ki, bu gün isə 1Xəbər.com saytına danışan hücumçu bunları deyib: "Bu barədə danışmaq istəmirəm. Bəli, məhkəmə onu cəzalandırdı. 4 il qabaq olan bir şeydi. Bilmirəm niyə belə oldu? Mən "İnter" kimi kluba keçəndən sonra məsələ ortaya atıldı. Bəlkə kimsə mənim pisliyimi istəyir".
2016-07-02-14-45-07fu1.jpg
O, model xanımla videosunun necə yayıldığını da bilmədiyini sözlərinə əlavə edib: "Açığı, bilmirəm. Özüm də pis oldum".

Milli üzvü həmin hadisənin gündəmə gəlməsindən sonra komanda yoldaşlarının ona bu barədə nəsə deyib-deməməsini də aydınlaşdırdı: "Bizdə belə şeylər danışılmır".
2016-07-02-14-45-16fu.jpg
Qeyd edək ki, Gina-Liza Lohfink 2012-ci ildə məhkəməyə müraciət edərək, Pərdis Fərcad-Azad və Sebastian adlı digər şəxs tərəfindən təcavüzə məruz qaldığını iddia etmişdi. Bir neçə gün öncə isə qarşı tərəfə böhtan atdığı üçün Lohfinki 27 min dollar cərimələyən Berlin məhkəməsi Pərdis Fərcad-Azad və adı zorlamada hallanan Sebastian adlı digər şəxsə isə 1500 dollar cərimə kəsmişdi. Buna səbəb kimi isə onların Lohfinklə seks zaman videoya çəkmələri və onu internetdə yaymaları göstərilmişdi.