Tovuz rayonunun Aşağı Quşçu kəndində intihar hadisəsi baş verib.
Kənd sakini 57 yaşlı Manaf Məmmədov yaşadığı evdə özünü asaraq intihar edib.
Unikal.org xəbər verir ki, kənd sakinlərindən virtualaz.org saytına verilən məlumata görə, M.Məmədovun banklara borcu olub: "Kasıb ailədirlər. Manafın üç uşağı var, birisi laldır, fəhləlik etməklə ailəsini dolandırırdı. Deyilənlərə görə, çoxlu borcu var imiş.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır