Ramazan bayramı namazı iyulun 6-da qılınacaq.
Unikal.org xəbər verir ki, bu barədə Ans press-ə Məşhədi-Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O, bayram namazının səhər saat 08:00 və 09:00-da qılınacağını deyib.
Axundun sözlərinə görə, namaz bütün məscidlərdə qılınacaq: ""Təzəpir, "Əjdərbəy, "Məşhədi-Dadaş və s. məscidlərdə insanlar gəlib rahat şəkildə bayram namazlarını qıla bilərlər.