Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Dünya yuxutək əriyir kitabı işıq üzü görüb.

Unikal.org bu barədə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəsmi saytına istiadən xəbər verir.

Kitaba toplanan şeirlərin sətri tərcüməsinin müəllifi Zahid Məmmədov, bədii tərcüməsinin müəllifi Afaq Məsuddur. Nəşrin redaktoru Yaşar Əliyev, bədii tərtibatçısı Aqil Əmrahovdur.

"Dünya yuxutək əriyir-¦ kitabı Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk şeirlər toplusudur. Kitab Afaq Məsudun şairin yaradıcılığı barədə fikirlərini bölüşdüyü "Buludlardan yuxarı essesi ilə başlayır.