Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası tarixi nailiyyətə imza atıb.
Unikal.org "Report"a istiadən xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu yığma Avropa Liqasının qalibi olub.
Azərbaycan millisi finalda Slovakiyaya səfərdə 1:3 hesabı ilə qalib gəldikdən sonra evdə heç bir şans verməyib - 3:0. Rəqib yalnız ikinci setdə ciddi müqavimət göstərə bilib.
Azərbaycan millis bu qələbə sayəsində i 2017-ci il Dünya Qran Prisinə vəsiqə qazanıb.
Avropa Liqası
Final, cavab görüşü
18:00. Azərbaycan - Slovakiya - 3:0 (25:15, 25:22, 25:20)
Hakimlər: Corco Qnani (İtaliya), Elena Geldof (Hollandiya)
Bakı, İdman Oyunları Sarayı
İlk oyun - 3:1.