Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov yenə qeyri-adi hərəkəti ilə gündəmə gəlib. Bu dəfə prezident yolsuzluq avtomobil (cip) ilə gücünü sınayıb.

Unikal.org anspress-ə istinadən bildirir ki, respublika prezidenti Ramzan Kadırov cipi yerindən tərpədib. Ölkə başçısı çətinlik çəkmədən ağır avtomobili irəli-geri hərəkət etdirib.

Bu sınağın videosu sosial şəbəkələrdə yayılıb. Əks-səda doğuran video Rusiyanın "NTV" kanalında da yayımlanıb.

R.Kadırov idmana olan marağı ilə seçilir. O, tez-tez "İnstagram" səhifəsində idman zallarında videolar paylaşaraq hər kəsi sağlam həyat tərzi keçirməyə çağırır.

Ramzan Əhməd oğlu Kadırov 5 oktyabr 1976-ci ildə, Çeçenistanının Tsentoroi şəhərində anadan olub. Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının dördüncü dövlət başçısıdır.

Prezident olmadan əvvəl baş nazirlik vəzifəsini icra edib. Birinci Rus - Çeçen müharibəsində atası Əhməd Kadırov ilə ruslara qarşı müqavimət göstərib, İkinci Rus - Çeçen müharibəsində isə rusların yanında iştirak edib.


Bu cür davranışlara görə ona 2004-cü ildə Vladimir Putin tərəfindən Rusiya Federasiyası qəhrəmanlığı Medalı verilmişdir. Kadırov evli və beş uşaq atasıdır.