Rusiyanın Xəzər donanması yenidən dənizdə hərbi təlimlərə başlayıb.

Unikal.org axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti yayıb.
Hərbi təlimdə 20 gəminin iştirakı nəzərdə tutulub. Bunlar arasında "Tatarıstan" raket gəmisi, "Uqliç" və "Velikiy Ustyuq" kiçik raket gəmiləri, "Volqodonsk" kiçik artilleriya gəmisi var.