Rusiyada qatarda uşaq dünyaya gətirən qadın, daha sonra onu pəncərədən atıb. 
Unikal.org anspress-ə istinadən xəbər verir ki, hadisə qatar Xabarovsk əyalətinə çatmağa az qalmış bir vaxtda baş verib.

Daxili İşlər Nazirliyinin uzaq şərq federal dairəsi üzrə əməkdaşları Xabarovskda dəmir yolu körpüsündə yeni doğulmuş qız uşağı meyiti tapıblar. Bundan sonra araşdırma aparan əməkdaşlar bildiriblər ki, 29 yaşlı Xabarovsk sakini Çeqdomından adıçəkilən vilayətə gələrkən uşağı qatarın tualetində dünyaya gətirib və daha sonra onu pəncərədən atıb.

Artıq hadisədə şübhəli bilinən qadın saxlanılıb. Onun barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin "yeni doğulmuş uşağın ana tərəfindən öldürülməsi" maddəsi ilə cinayət işi açılıb. İstintaq davam edir.