Çində son günlər müşahidə edilən leysan yağışları səbəbi ilə qonşu Nepalda Bhote Koşi çayı daşaraq məcrasından çıxıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, daşqın nəticəsində 200-dən çox ev su altında qalıb.
Təbii fəlakətdən ən çox Sindupalçok dairəsindəki Tatopani yaşayış məntəqəsinə və ətrafdakı kəndlərə ziyan dəyib.
Dağılmış 200-dən çox evdən başqa, bir o qədər ev risk zonasındadır.
Böyük dağıntılara baxmayaraq, hələlik heç bir itki barədə məlumat yoxdur. Sakinlər vaxtında evlərini tərk ediblər.