Dağıstanın Qarabudaqkənd rayonunda keçirilən xüsusi əməliyyat zamanı iki yaraqlı məhv edilib. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hərbi toqquşma bu gün səhər saatlarından başlayıb. Döyüş zamanı xüsusi təyinatlılar bir yaraqlını məhv etdikdən sonra onun dəstəkçilərini axtarırlar. Ərazi mühasirəyə alınıb.
Hazırda 6 yaraqlı xüsusi təyinatlılara müqavimət göstərir. Xüsusi təyinatlılardan biri yaralanıb.