Odessanın Ovidiopal rayonunda çimərlikdə 22 yaşlı qızın meyidi tapılıb.

Unikal.org publika.az-a istinadən bildirir ki, gənc qızın cəsədini iyulun 4-də yerli sakinlər tapıblar.
Onların sözlərinə görə, qumun üzərində insan əlinə rast gəliblər və qazdıqdan sonra cəsədlə qarşılaşıblar.

Odessa polisinin rəisi Qeorqi Lortkipanidze hadisə ilə bağlı artıq iki şübhəlinin saxlanıldığını deyib.
İlkin məlumata görə, qətlə yetirilən qız dostları ilə birlikdə dəniz kənarında dincəlirmiş. Spirtli içki içəndən sonra aralarında mübahisə yaranıb. İki oğlan gənc qızı əvvəlcə suda batırıb. Sonra sahilə çıxararaq, zorlayıblar və cəsədi qumda basdırıblar.
Məlumata görə, cinayəti törədən şəxslər bir gün sonra yenidən hadisə yerinə gəliblər. Onlardan biri cəsədi basdırdıqları qumdan çıxararaq suda yuyub. Cəsədlə yenidən cinsi əlaqədə olandan sonra zorlanma izlərini itirmək üçün qızın cinsiyyət orqanını kəsiblər. Daha sonra cəsədi yenidən qumda basdırıblar.
Hazırda hər iki şəxs saxlanılıb və istintaq gedir. Onlar Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə (qəsdən adam öldürmə) ittiham olunurlar. Cinayətdə şübhəli bilinənlərdən biri əvvəllər zorlama, digəri isə oğurluq faktı üzrə mühakimə olunublar. Bu cinayət hadisəsinə görə onları ya 15 ilə qədər, ya da ömürlük həbs cəzası gözləyir.