"Liverpul"un baş məşqçisi Yurqen Klopp uelsli Co Allen barədə danışıb.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, "Fletuud Toun"la hazırlıq matçından sonra (5:0) alman mütəxəssis Allen barədə bunları deyib:

"Allenlə yeni müqavilə? Bu məsələni həll edəcəyik. Amma hələlik heç nə məlum deyil. Aydındır ki, Allen yaxşı futbolçudur. Buna heç vaxt şübhə etməmişik. O, AVRO-2016-da gözəl çıxış etdi. Qərar qəbul etmək lazımdır. Oyunçu ilə danışıb bu məsələni ondan soruşmaq lazımdır".