ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putin və XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya səfər edib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Kerri Moskvaya ikigünlük səfəri çərçivəsində Putin və Lavrovla danışıqlar aparacaq. Lavrovun sözlərinə görə, Kerri ilə görüşdə Suriyada atəşkəs rejiminə dair razılaşmanın icrası məsələsi müzakirə olunacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşlərdə Suriya, Ukrayna və ikitərəfli münasibətlərə dair məsələlər müzakirə ediləcək.