Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş başlayıb.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, S. Lavrov görüşdə Suriyadakı vəziyyət, Ukrayna böhranı, Dağlıq Qarabağ münaqişəsinin həlli və iki ölkə arasındakı münasibətlərə dair məsələlərin müzakirə olunacağını bildirib.