Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə ölkədə baş verən dövlət çevrilişinə cəhd zamanı onun olduğu yeri bombardman etmək istədiklərini açıqlayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə başçıs bildirib ki, hadisə baş verdiyi zaman Marmarisdə olsa da, dərhal geri qayıdıb:

"Mənim Marmarisdə olduğumu zənn edib oranı bombardman ediblər. Mənim durduğum yerə bomba atıblar. Elə biliblər ki, hələ ordayam. Katibəmi də əsir götürüblər. Bu hadisə bizə Allahın böyük bir lütfüdür. Acınacaqlısı odur ki, millətin silahı ilə millətin özünü vururlar. Bu tanklar onlara əmanətdir. Və onlar əmanətə xəyanət ediblər. Bu hadisəni törədənlər bunun cavabını çox ağır bir şəkildə verəcək".

Xatırladaq ki, ötən gecə Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsi baş verib. Hadisə nəticəsində 90 nəfər ölüb, 754 nəfər həbs olunub.