CHP lideri Kamal Kılıçdaroğlu ölkədə baş verən hərbi çevriliş cəhdinə münasibət bildirib.

Unikal.org CNN Türk-ə istinadən xəbər verir ki, partiya sədri hərbi yolla hakimiyyət dəyişikliyinin qəbuledilməz olduğunu deyib:
"Bu ölkə hərbi çevrilişlərdən çox zərər çəkib. Eyni çətinliklərin yenidən yaşanmasını istəmirik. Respublikaya və demokratiyamıza sahib çıxır, inancımızı əskiksiz bir şəkildə qoruyuruq. Hər çevriliş cəhdi qarşısında cəmiyyətin ortaq reaksiya verməsi lazımdır. Bu səbəbdən kim edirsə etsin, haradan gəlirsə gəlsin, terrora qarşı necə ortaq mövqe sərgiləyiriksə, hərbi çevriliş mövzusunda da hamımızın vahid mövqe göstərməsi lazımdır.