Polis məntəqəsinə əlavə qüvvələr cəlb edilib.

Hüquq-mühafizə orqanları silahlı qruplaşmanın zəbt etdiyi polis məntəqəsinə əlavə qüvvələr cəlb ediblər.

Unikal.org-un Report.az-a istinadən verdiyi məlumat görə, hadisə yerinə polis əməkdaşlarının olduğu daha 2 avtobus, 4 yük maşını cəlb olunub.

Qeyd edək ki, Yerevanda silahlı şəxslərin ələ keçirdiyi post-patrul xidmətinin binasında 6 polis əməkdaşı girov saxlanılır.