Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb.

"İnterfaks" agentliyinin verdiyi xəbərə görə, hazırda onlardan 50-si sərbəst buraxılıb.

Məlumata əsasən, hüquq-mühafizə orqanları onların "Təsis Parlamenti" təşkilatı və Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.

Xatırladaq ki, iyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən silahlı şəxslər 7 nəfəri girov saxlayır.