İran İslam Respublikasının prezidenti Həsən Ruhani Kirmanşəhərdə çıxış edərək, Türkiyədə hərbi çevriliş cəhdinə münasibət bildirib.

Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, Həsən Ruhani deyib ki, çevriliş yolu ilə hakimiyyətə gəlmək dövrü artıq geridə qalıb. Hakimiyyətə gəlməyin ən düzgün yolu seçkidir. Məhz seçki yolu ilə xalq öz hakimiyyətini formalaşdırmalıdır.

Prezident qeyd edib ki, Yəməndə, Liviyada qanuni hakimiyyətlərin devrilməsi münaqişələrin yaranmasına səbəb olub. Suriyada da qanuni hakimiyyətin hərbi yolla devrilməsi cəhdləri böyük problem yaradıb.