Ukrayna Xarici İşlər Nazirliyinin saytı bu gün haker hücumuna məruz qalıb.

Unikal.org-un "112.ua saytına istinadən verdiyi məlumata görə, sayta müdaxilə edən hakerlər orada Rusiyanı tərənnüm edən yazı yerləşdiriblər.

Saytına "Mətbuat Mərkəzi bölümünə Rusiyanı və prezident Putini tərənnüm edən, Ukrayna rəhbərliyini isə təhqir edən yazı yazılıb. Saytın baş səhifəsi isə dəyişməyib.

Bir qədər sonra "Mətbuat Mərkəzi bölümü qapadılıb.