ABŞ-ın dəstəklədiyi qüvvələr Suriyada İŞİD qrupu yaraqlılarının Menbiç şəhərindən çıxmasına 48 saat vaxt qoyub. Bu şəhər Türkiyə sərhədi yaxınlığında yerləşir.

Unikal.org-un "Amerikanın səsi"nə isitnadən məlumatına görə, Menbiçin hərbi şurası mülki sakinlər arasında itkilərə yol verilməməsinə çalışır.

Şura kürdlərin rəhbərlik etdiyi "Suriyanın Demokratik Qüvvələri qrupunun tərkib hissəsidir.

Şura bunun yaraqlılar üçün sonuncu şans olduğunu bəyan edib.

Məlumatlara görə, şəhərdə 10 minlərlə dinc sakin var.

Bu şəhər "İslam Dövləti qrupunun əsas dayaq məntəqəsi olan Raqqaya gedən yolun üstündə yerləşir.

"Suriyanın Demokratik Qüvvələri, ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın dəstəyi ilə şəhəri mühasirəyə alıb.

Amma dinc sakinlər itkilərdən qaçmaq üçün hələ də gözləmə mövqeyindədir.